03-05.02.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
02 fevral 2026 | 15:25
Bakıda və Abşeron yarımadasında
Fevralın 03-ü axşamdan 05-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 04-də yarımadanın ayrı-ayrı yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Fevralın 04-06-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, 04-ü gün ərzində, 05-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.









