05-09.11.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
04 noyabr 2026 | 15:06
Bakıda və Abşeron yarımadasında
Noyabrın 05-i günün ikinci yarısından 06-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, axşam bəzi yerlərdə arabir 23-28 m/s, yarımadanın ayrı-ayrı yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.









