Şriftin ölçüsü :

Saytın rəngi :

05 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi RİH yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir

21 oktyabr 2025 | 10:00

“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

Seçki 05 dekabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir. Seçkidə iştirak üçün qeydiyyat başlamışdır. Seçkidə iştirak etmək istəyən şəxslər 28.11.2025-ci il tarixinədək Binəqədi RİH yanında İctimai Şuraya müraciət edə bilər.

Keçidlər