Şriftin ölçüsü :

Saytın rəngi :

06.03.2023-cü il tarixinə gözlənilən hava şəraiti haqqında məlumat

06 mart 2023 | 08:33

Bakıda və Abşeron yarımadasında

Martın 06-da cənub-qərb küləyinin  arabir 15-20 m/s, 06-sı axşamdan 07-si səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 07-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı  gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 06-sı gündüzdən 07-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Bəzi bölgələrdə düşən yağış və qar əriməsi nəticəsində kiçik çaylarda sululuğun yüksək olacağı ehtimal olunur.

Keçidlər