09-10.10.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
08 oktyabr 2026 | 08:44
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 09-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 09-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.
Arabir güclənən yağıntılarla əlaqədar bəzi həssas ərazilərdə subasma halları istisna olunmur.
Oktyabrın 10-u gündüz şimal-qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.









