10-11.02.2026-cı il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
09 fevral 2026 | 15:59
Bakıda və Abşeron yarımadasında
Fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu 8°-dək aşağı enəcək.
Fevralın 11-də şimal küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Günün ikinci yarısında yağıntı əsasən yağış şəklində olacaq.









