Şriftin ölçüsü :

Saytın rəngi :

10.01.2024 tarixinə gözlənilən hava şəraiti haqqında məlumat

09 yanvar 2024 | 16:21

Bakıda və Abşeron yarımadasında

Bir neçə gün davam edən mülayim hava şəraitindən  sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin  18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Gündüz saatlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.

Keçidlər