Xocasən qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik 2012-ci ilin yekunları ilə bağlı hesabat verdi
2013-cü il yanvarın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.Ərazi üzrə xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq rayonda aparılan abadlıq və quruculuq işlərindən söz açdı.Sonra Xocəsən qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndənin vəzifələrini müvəqqəti icra edən İsa Gözəlov 2012-ci il ərzində nümayəndəlik tərəfindən görülmüş işlər haqqında hesabat verdi.Məruzələr bitdikdən sonra iclasda hesabat ətrafında müzakirələr aparıldı. Qəsəbə sakinləri adından F.Abdullayev, R.İsmayılov, Ə.Hacıyev, A.Məmmədov, M.Səmədov, Ə.Sadıqov və R.Məmmədov çıxış edərək onları narahat edən bir çox problemləri qaldırdılar. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov vətəndaşların qaldırdıqları problemlərə münasibət bildirdi və onları maraqlandıran suallara cavab verdi.Hesabat yığıncağının yekununda qərar qəbul olundu.