“Daşaltı” əməliyyatı günü ilə əlaqədar tədbir keçirildi
2013-cü il yanvarın 24 və 25-də rayonun 3 və 244 saylı tam orta məktəblərində Binəqədi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Binəqədi rayon şöbəsinin 26 Yanvar “Daşaltı” əməliyyatı günü ilə əlaqədar gənclərlə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ağayev Şahin açaraq Qarabağda yaşananların hər bir azərbaycanlının qəlbində acı bir xatirə və sağalmayan yara kimi iz buraxdığını söylədi və o hadisələrin içində olmuş canlı kitabları Qarabağ uğrunda döyüşlərdə iştirak edən döyüşçüləri təqdim etdi. Döyüş iştirakçısı Nizami Məhərrəmov Milli Ordunun ilk bünövrəsinin qoyulmasında birinci batolyonun əhəmiyyətini qeyd etdi. Fərman Şairov cəbhə yoldaşlarının qəhrəmanlıqlarından şagirdlərə bəhs etdikdən sonra şagirdləri maraqlandıran suallarını cavablandırdılar.
Tədbirin sonunda şagirdlər Qarabağ mövzusunda şeirlər söylədilər.