Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi” qəzeti 12 illik fasilədən sonra nəşrini bərpa etdi

27 yanvar 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” ictimai-siyasi qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
Qəzet ilk vaxtlar ayda iki dəfə nəşr olunacaq. Lakin gələcəkdə nəşrin dövrülüyü artırılacaq, Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap ediləcək. Qəzet ilkin olaraq 2 min tirajla çap olunacaq.
Qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
“Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışacaq.
 

Keçidlər