Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi məktəbinin açılışı oldu

26 yanvar 2013 | 11:00

25 yanvar 2013-cü il tarixdə 7-ci mikrorayon ərazisində yenidən tikilmiş 11 saylı Uşaq Musiqi Məktəbinin açılışı oldu. Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətimizə, xüsusən musiqimizə dövlət səviyyəsində böyük diqqət göstərildiyini bildirib. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkəmizin gələcəyi olan gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, tədris ocağında uşaqlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Məktəbin direktoru Rövşən Məmmədov məktəbin fəaliyyəti, tədris olunan ixtisaslar barədə mərasim iştirakçılarına məlumat verdi. Sonra rəsmi nümayəndələr binada aparılan yenidənqurma işləri ilə tanış olub, sinif otaqlarına baş çəkdilər. Məktəbdə 27 sinif otağı, 2 kabinet, 80 nəfərlik konsert zalı, kitabxana vardır.Sonda məktəbin şagirdləri maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
 

Keçidlər