Biləcəri qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik 2012-ci ilin yekunları ilə bağlı hesabat verdi
2013-cü il yanvarın 29-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, dövlət idarə və xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Hesabat məruzəsi ilə Biləcəri qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimovun çıxışıdan sonra məruzə ətrafında 314 saylı məktəbin direktoru Vidadi Daşdəmirov, Biləcəri Dəmiryol idarəsinin rəisi Əli Qasımov, qəsəbə sakini Azərbaycan Dövlət Universitetinin professoru Yaqub Vəliyev və Xatirə Rəhimli çıxış etdilər. Çıxışçılar son dövrdə rayon ərazisində və eləcə də qəsəbə ərazisində aparılan iri miqyaslı abadlıq quruculuq işlərindən danışaraq nümayəndənin 2012-ci ildəki fəaliyyətini kafi qiymətləndirdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək 2013-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
Sonra qəsəbə sakinlərindən V.Əliyev, Ə.Həsənov, H.Qasımov, B.Eyvazov, R.Rüstəmov çıxış edərək qəsəbə ərazisində görülən işlərin təqdirəlayiq olduğunu, eləcə də mövcud problemlər barədə söz açdılar. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aiiyyəti şəxslərə tapşırıqlar verdi.
Hesabat yığıncağının yekununda qərar qəbul olundu.