Şriftin ölçüsü :

Saytın rəngi :

“Boulinq” üzrə rayon birinciliyi keçirildi

31 yanvar 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Binəqədi rayonunda 02 fevral – Azərbaycan Gəncləri Gününün qeyd edilməsi haqqında” 28 yanvar 2013-cü il tarixli 29 saylı Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 30 yanvar 2013-cü il tarixdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Atrium” İstirahət və İdman Kompleksində “Boulinq” üzrə rayon birinciliyi keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov 02 fevral Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etdi. Bu tədbirin yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Sonra çıxış edən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva gəncləri təbrik etid və respublikamızda gənclərə göstərilən diqqət və qayğıdan söhbət açaraq aparılan gənclər siyasətinin Binəqədi rayonunun da uğurla davam etdirildiyini söylədi.
Daha sonra yarışa start verildi. Yarışda 24 komanda tərkibində 144 nəfər yeniyetmə və gənc iştirak edirdi. Hər bir komandanın tərkibi 2 qız və 4 oğlan olmaqla 6 nəfərdən ibarət idi.
Yarışın nəticələrinə görə birinci yerə “Gənclik”, ikinci yerə “Mübariz”, üçüncü yerə “Qələbə” komandaları layiq görüldü.
Tədbirdən sonra iştirakçılar şam yeməyinə dəvət olundular.

Keçidlər