Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat

03 fevral 2013 | 11:00

Həftə ərzində (28 yanvar-02 fevral) rayon ərazisində ümumilikdə 100 yerdə su axıntıları olan boruların və 8 nasosxananın təmiri aparılıb, eyni zamanda 133 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
6,7,8,9-cu və Biləcəri qəsəbəsi ərazilərində 10 yaşayış binasının zirzəmilərində təmir işləri aparılmış, 39 p/m kanalizasiya xətti təmir edilib.
7-ci mikrorayon, F.Məlikov küçəsi TM-806-da 2 ədəd ŞO-70 tipli paylayıcı lövhə və 2 ədəd 1500A-lik baş ayrıcı dəyişdirilib. 9-cu mikrorayon M.Cəlal 5,7,11,15 və 49-da 5 ədəd paylayıcı lövhə dəyişdirilib. 6-cı mikrorayon İ.Həşimov küçəsi TM-683-də 0,4kv-luq elektrik xətti yeni ÖİN(SİP) xətti ilə əvəz olunub. KTM-217-də 250KV transformator 400 KV transformatorla əvəz olunub. KTM-701-də 160 KV transformator 630KV transformatorla əvəz olunub. Y/ST. ETK-4-TM-843 arası 6KV hava xəttində təmir işləri aparılıb. KTM-133-ün 6KV hava xəttində təmir işləri aparılb. KTM-150-də SİP-ləşmə başa çatdırılıb.
Çiçək qəsəbəsi, Ş.Məmmədova küçəsi, Azadlıq prospekti 7-ci mikrorayon 60/34, Binəqədi şossesi, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yanmış 3x16+1x10 105 p/m kabel, 3x10+1x6 40 p/m kabel dəyişdirilib.
Binəqədi QİS ərazisində 8966 p/m qaz xətti çəkilmiş, 1411 ədəd Smartkart tipli sayğac quraşdırılmlşdır.
7-ci mikrorayon X.Dairəvi 7 v-də d-32mm 6 p/m, 8-ci mikrorayon 12,7,87,11 və 1 saylı binalarda d-25 mm 22 p/m dik dayaqlar dəyişdirilib. 8-ci mikrorayon S.S.Axundov 5,40, Naxçıvani 4 saylı binalarda d-25 mm 28 p/m dik dayaqlar bərpa olunub.
Naxçıvani 4, C.Hacıbəyli 68 saylı binaların istilik xəttində d-76 mm 3 p/m, C.Hacıbəyli 70 saylı binanın istilik xəttində d-50mm 4 p/m, 9-cu mikrorayon M.Cəlal 45 saylı binanın aşağı paylama xəttində d-57 mm 3,5 p/m, d-40 mm 4 p/m boru dəyişdirilib. 9-cu mikrorayon, H.Babaşov 1 saylı binanın aşağı paylama xəttində d-57 mm 3,2 p/m, d-40 mm 3,2 p/m boru bərpa edilib. 9-cu mikrorayon H.Babaşov 3 saylı binada aşağı paylama xəttində d-57 mm 4 ədəd siyirtmə dəyişdirilib.
6,7 və 8-ci mikrorayon ərazisində 4155 m2 asfalt örtüyü çəkilib. 7 binada çardaqlı dam örtüyü quraşdırılır. Həftə ərzində 500 m2 yumşaq dam örtüyü təmir edilib.
9-cu mikrorayon Cavadxan küçəsində 200 p/m yararsız tor və daş hasar sökülmüş, 1200 ədəd yaşıl kol əkilib.
 

Keçidlər