Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə Gənclər günü qeyd edildi

02 fevral 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Binəqədi rayonunda 02 fevral – Azərbaycan Gəncləri Gününün qeyd edilməsi haqqında” 28 yanvar 2013-cü il tarixli 29 saylı Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 01 fevral 2013-cü il tarixdə Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Hollywood” şadlıq sarayında 02 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə əyləncəli bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətnin başçısı cənab Xaləddin İsgəndərov gəncləri bayram münasibətilə təbrik etdi. Rayon gənclərinin fəallığını yüksək qiymətləndirən icra başçısı onların fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Gənclər Mərkəzinin tikildiyini xüsusilə qeyd etdi. Tədbirdə ictimai, elmi fəallığı ilə seçilən rayonun 5 gənci – Gülşən Haqverdiyeva, Aqşin Hüseynov, Cavanşir Əliyev, Günay Kərimova və Rövşən Cəfərov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundular.
Bundan başqa rayonda keçirilmiş “Şaxta baba və qar qız” müsabiqəsinin qalibləri də hədiyələrlə mükafatlandırıldılar. Qaliblər gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.
Tədbirin bədii hissəsində Eurovision musiqi yarışmasında ölkəmizi təmsil etmiş Eldar Qasımov, Səbinə Babayeva, tanınmış müğənnilər – Zamiq Hüseynov, Sevda Yahyayeva, Rəhim Rəhimli, Ayan Balakişiyeva, Samir Piriyev, Günay İbrahimli, Natəvan Həbibi,Miri Yusif, Röya və digər incəsənət xadimləri gənclərin zövqünü oxşadılar. Bundan başqa rayonun 11 saylı musiqi məktəbinin balaca fidanları və F.Əmirov adına 6 saylı incəsənət məktəbinin “Odlar yurdu” ansamblı öz məharətlərini göstərdilər.
Tədbirdə eyni zamanda lotoreya da oynanıldı. Qalib gələnlər ipod, mobil telefonlar və digər hədiyyələrlə mükafatlandırıldılar.
 

Keçidlər