Binəqədi Rayon Ağsaqqallar Şurasının VI konfransı keçirildi
Fevralın 7-də Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyətinin digər rəsmiləri, Respublika Ağsaqqallar Şurasının üzvləri, rayon ağsaqqalları iştirak edirdilər.Konfransı giriş sözü ilə Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Əli Hacıyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra hesabat məruzəsi ilə çıxış etdi.Sonra söz alan Respublika Ağsaqqallar Şurasının üzvləri Ənvər Xudiyev, Cahangir Qocayev, Nicat Əsgərov və başqaları rayonda aparılan geniş tikinti, abadlıq, quruculuq işlərindən razı qaldıqlarını, dövlətin dəstəklənməsi kimi son dərəcə mühüm işdə binəqədililərin həmişə öndə getdiyini, rayonda ağsaqqal sözünə həmişə böyük dəyər və önəm verildiyini bir daha vurğuladılar. Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim ağsaqqallara diqqət və qayğı göstərdiyini, ölkəmizdə ağsaqqallara, onlara böyük hörmətlə yanaşdığnı qeyd edib. Dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfərləri çərçivəsində həmişə ağsaqqallarla görüşür, onlarla fikir mübadiləsi aparır, qayğılarını diqqət mərkəzində saxlanıldığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi də ağsaqqallara göstərilən böyük hörmət və izzət hissindən məmnun olduğunu bildirdi.İştirakçılar tərəfindən konfransın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olundu.Konfransda həmçinin 14 nəfər Şura üzvü, 9 nəfərdən ibarət idarə heyəti və Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar qurultayına 5 nəfərdən ibarət nümayəndə seçildi.Əli Hacıyev yenidən Binəqədi rayon Ağsaqqallar Şurasının sədri seçildi.