Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında

10 fevral 2013 | 11:00

Həftə ərzində (4-8 fevral) rayon ərazisində 79 yerdə su axıntıları olan boruların və 5 nasosxananın təmiri aparılıb, 167 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb. 7-ci 546 saylı TM-dən bina 5/34-ün elektrik təchizatı yenidən quraşdırılıb istismara verilib.
9-cu mikrorayon M.Cəlal küçəsi 734 saylı, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 582 saylı TM-lərin 0.4 kv-luq PQ-da 1500A-lik 4 ədəd yeni baş ayrıc quraşdırılıb. 8-ci mikrorayon Z.Bünyadov küçəsi 370 saylı TM-dən bina 7/64 giriş elektrik paylayıcı lövhə yenisi ilə əvəz olunub. KTM-253-də zədələnmiş 560kv transformator əyişdirilərək 630kv transformatorla əvəz edilib.
Binəqədi QİS ərazisində 3853 p/m qaz xətti çəkilmiş və 1071 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
8-ci mikrorayon 2a, 2, 4, Azadlıq prospekti 32 saylı yaşayış binalarında d-25 mm 14 p/m dik dayaqlar bərpa olunub. Naxçıvani 26a saylı binanın zirzəmisində d-50mm 16 p/m boru dəyişdirilib. 9-cu mikrorayon M.Cəlal 21 saylı binanın aşağı paylama xəttində d-57mm 2m, d-32mm, 1,5 p/m, 3 saylı binada d-89mm 3 p/m boru dəyişdirilib. M.Cəlal 5 və H.Babaşov 14 saylı binaların aşağı paylama xəttində d-40 mm 7,7 p/m, d-89mm 3 p/m boru bərpa edilib. 338-ci keçid 4 və 15/2 saylı yaşayış binalarının aşağı paylama xəttində d-57mm 26 p/m boru bərpa edilib. 6-cı mikrorayon F. Rüstəmov 57a saylı binanın istilik xəttində d-100mm 6 p/m boru bərpa edilib.
7-ci və 8-ci mikrorayonlarda 8 binanın 58 girişində təmir işləri aparılıb. A.Kunanbayev 9/25 saylı binanın 72 p/m kanalizasiya xətti dəyişdirilərək cari təmir edilib. Həftə ərzində 600 p/m nov və navalçalar dəyişdirilib.
7 və 8-ci mikrorayonda 12016 m2 asfalt örtüyü çəkilib.
Həftə ərzində 2750 m2 yumşaq dam örtüyü təmir edilib.
 

Keçidlər