Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat
Həftə ərzində (11-15 fevral) rayon ərazisində ümumilikdə 91 ünvanda su axıntıları olan boruların və 1 nasosxananın təmiri aparılıb, 14 ünvanda su xətti, 3 ünvanda siyirtmə dəyişdirilib. Eyni zamanda 180 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınmış, 2 ədəd lük, 1 ədəd barmaqlıq dəyişdirilib.
Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində 808-1260 saylı 10 kv-luq hava xətti yeraltı kabel xətti ilə əvəz olunub. Kabel XLPE-10 1x185mm L=3900m. Rəsulzadə qəsəbəsində Məlikov xəstəxanasının yanında 585 saylı TM-də 2 ədəd 1500A-lik baş ayrıc quraşdırılıb. Azadlıq prospekti 172/24-də 1 ədəd yeni paylayıcı lövhə quraşdırılıb. 9-cu mikrorayon 49 saylı binada 1 ədəd yeni paylayıcı lövhə quraşdırılıb. TM-843-TM-14 arası 6kv-luq kabel xəttinin zədə yerində 2 ədəd mufta qurulub. TM-50-də 2 ədəd 0,4 kv-luq ayrıclar təmir olunib və quraşdırılıb. KTM-247-də zədələnmiş 100 p/m SİP kabel xətti dəyişdirilib.
Rəsulzadə qəsəbəsində 250 p/m, Biləcəri qəsəbəsində 1100 p/m qaz xətti çəkilmiş, 99 ədəd smart kart tipli sayğac quraşdırılıb. Sulutəpə Dəyirman yolunda 3015 p/m, Xocasən qəsəbəsində 1200 p/m, Biləcəri qəsəbəsində 212 p/m qaz xətti çəkilmiş, 23 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
I Mədən ərazisində 264 p/m, III Mədən ərazisində 793 p/m, Binəqədi kənd ərazisində 265 p/m qaz xətti çəkilmiş, 120 ədəd Smartkart tipli sayğac quraşdırılmışdır. 8-ci mikrorayonda 863, 9-cu mikrorayonda 189 ədəd Smartkart tipli sayğac quraşdırılıb. Ümumi Binəqədi QİS ərazisində 7099 p/m qaz xətti çəkilmiş, 1294 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 4 və 18 saylı, 8-ci mikrorayon 14 saylı yaşayış binalarında dik dayaqlarda d-57mm 5 p/m, d-25mm 16 p/m boru dəyişdirilib. 8-ci mikrorayon Azadlıq prospekti 20 saylı binasının istilik xəttində d-150mm 6 p/m boru dəyişdirilib. 8-ci mikrorayon 2, 8, 16 və 23a saylı binaların dik dayaqlarında d-89mm 3 p/m, d-25mm 8 p/m boru bərpa olunub. Naxçıvani küçəsi 12 və 27 saylı binaların istilik xəttində d-76 mm 7 p/m boru dəyişdirilib. 9-cu mikrorayon 13, 89 və 105 saylı binaların zirzəmilərində d-20mm 5 ədəd ventil dəyişdirilib. 9-cu mikrorayon 23 saylı binanın aşağı paylama xəttində d-57mm 6 p/m, d-40mm 2 p/m boru dəyişdirilib. 9-cu mikrorayon 33 saylı binanın zirzəmisində d-80mm 2 ədəd siyirtmə bərpa edilib. 6-cı mikrorayon 15/2, 57, 9-cu mikrorayon 119 və 127 saylı binaların istilik xəttində d-114mm 7 p/m, d-76mm 4 p/m, d-219mm 1,4 p/m d-63mm 5,4 p/m boru bərpa edilib. 6-cı mikrorayon Dağıstanlı küçəsi 57 saylı binanın aşağı paylama xəttində d-20mm 2 ədəd ventil dəyişdirilib. H.Babaşov 4 saylı binanın aşağı paylama xəttində d-32mm 3,2 p/m boru bərpa edilib. 7-ci mikrorayon ərazisində 24 və 7/29, 8-ci mikrorayonda 19, 20, 21, 26, 28 və 77 saylı binaların 58 girişində təmir işləri davam etdirilmişdir. A.Kunanbayev 9/25-də 1 ədəd yeni park salınır. Həftə ərzində 300 p/m nov və novalça dəyişdirilmişdir. 125 p/m kanalizasiya xətti dəyişdirilərək cari təmir edilmişdir.
3 binanın girişində 25 ədəd dəmir seyf qapı quraşdırılıb. 7-ci mikrorayon ərazisində 1250 m2 asfalt örtüyü çəkilib. 300 m2 yumşaq dam örtüyü təmir edilmişdir. 9-cu mikrorayon ərazisində Cavadxan küçəsində 75 p/m daş hasar sökülərək yeni səki daşı düzülmüşdür.