Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

16 fevral 2013 | 11:00

2013-cü il fevralın 15-də rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Binəqədi rayonunda 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olan tədbir iştirakçıları ilk öncə Binəqədi rayonunda 2012-ci il ərzində görülmüş işlər haqqında filmi izləyiblər.
Filmin nümayişindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov 2012-ci ildə əldə olunmuş uğurlardan, aparılmış quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdan danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ildə 3 dəfə Binəqədi rayonunda olduğunu və bir sıra mühüm obyektlərin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında, “Azəryol” Voleybol Klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılış mərasimində və Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olduğunu diqqətə çatdırdı. Əldə olunan uğurlarla yanaşı rayonun qəsəbə və mikrorayonlarında həllini gözləyən problemlərin mövcudluğunu qeyd edən cənab Xaləddin İsgəndərov aidiyyəti qurumlarla bu problemlərin həlli üçün müvafiq işlərin aparıldırığını vurğuladı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov 2012-ci ildə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2012-ci ilin 2-ci rübündən başlayaraq öz əhəmiyyətinə görə respublika səviyyəli bir sıra mühüm layihələrin həyatakeçirilməsi ilə bərabər idarəetmənin ən mühüm prinsiplərindən olan icra inzibatçılığının tətbiqi ilə əsaslı nəaliyyətlər əldə olunub.
Sənaye sahəsində ötən ildə145 milyon 264 min manatlıq və ya keçən ilin müvafiq dövründən müqayisəli qiymətlərlə 2,8% çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənayenin dövlət müəssisələri tərəfindən 37,4 mln manatlıq və ya ümumi istehsalın   25,7% -i qədər qeyri-dövlət müəssisələri tərəfindən 108,0 mln manatlıq və ya ümumi istehsalın 74,3%-i qədər sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir.
Bu müddət ərzində sənaye müəssisələrində 5693 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövründən 7,7 % çoxdur. Orta aylıq əmək haqqı isə 5,3 % artaraq 471 manat təşkil etmişdir.
Tikinti sektorunda il ərzində bütün maliyyə mənbələri hesabına 42 milyon 476 min manat əsas fondlar istifadəyə verilmişdir.Tikilib istifadəyə verilmiş yeni yaşayış evlərinin sahəsi isə 12,7 min m2 təşkil etmişdir.
2012-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda sosial-iqtisadi sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 128 milyon 613 min  manat məbləğində investisiya yönəldilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 41 milyon 318 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 93,1 % artm müşahidə olunmuşdur. 2012-ci ilin yanvar-dekabr aylarında nəqliyyat müəssisələrində çalışan işçilərin sayı 4530 nəfərdən4933 nəfərədək yüksəlmiş, orta aylıq əmək haqqı  302,6 manat olduğu halda, 2012-ci il ərzində 12,4% artım müşahidə olunmuşdur.
Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 14 milyon 689 min  manatlıq xidmətlər göstərilmişdir ki, bu sahədə də  əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 dəfə artım müşahidə olunmuşdur. Bu müddət ərzində rabitə müəssisələrində 671 işçi çalışmış və əvvəlki illə müqayisədə işçilərin sayı 51  nəfər artmışdır. Orta aylıq əmək haqqı 11,6 % artaraq 363,2 manat təşkil etmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Ötən ildə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 53 mln 828 min manatlıq istehlak malları satılmışdır.
2011-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 100% təşkil etmişdir. İstehlak mallarının 22,3 %-i hüquqi şəxslərin, 54,9 %-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət şəbəkələrində, 22,8 %-i kənd təsərrüfatı məhsulları bazarlarında satılmışdır.
Pərakəndə ticarət şəbəkəsinin əmtəə dövriyyəsini ümumilikdə qeyri-dövlət sektoru(99,9%) təşkil etmişdir.
İaşə müəssisələri tərəfindən isə 27 milyon 622 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 302 milyon 658 min manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən əhaliyə göstərilən pullu xidmətlərin həcmi  5,7 %  artmışdır. Pullu xidmətlərin 80,7% -i qeyri dövlət sektoru tərəfindən həyata keçirilmişdir.
Əmək haqqı məbləğinin 2012-ci ildə rayonun sosial və iqtisadi sahələrində muzdla işləyənlərin orta aylıq nominal göstəricisi 353,9 manat təşkil etmişdir.
2012-ci ilin müvafiq dövründə Binəqədi rayonu üzrə işçilərin orta sayı 37733 nəfər olmuşdur  ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1786 nəfər çoxdur.
Ötən ildə dövlət sektorunda işçilərin orta aylıq sayı 16942 nəfər, qeyri-dövlət sektorunda isə  20476 nəfər olmuşdur.  İlin sonuna qədər  Binəqədi rayonunda 5399 və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1159 yaxud 27,3%daha çox yeni iş yerləri açılmışdır ki, bunun da hamısı daimi iş yerləri olmaqla qeyri-dövlət sektorunun payına düşür.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin aidiyyəti dövlət strukturları ilə müvafiq işləri koordinasiyalı təşkil etməsi, rayonun sahibkarlıq subyektlərində fiziki şəxslərlə işə götürənlər arasında əmək müqavilələrinin rəsmiləşdirilməsi nəticəsində iş yerlərinin sayının artım tempinə səbəb olan amillərdən biri olmuşdur ki, bu da həmin sektorlarda gələcək dövrlərdə əmək haqqı məbləğlərinin dinamikasının yüksəlməsi istiqamətində dəyişməsinə imkan verəcəkdir.
1 yanvar 2013-ci il vəziyyətinə Binəqədi rayonu üzrə məşğulluq xidmətində işsizlik statusuna malik olan 1854 nəfərdən 18 nəfəri işsizliyə görə müavinət alanlardan ibarət olmuşdur. İşsizliyə görə müavinət alanlara hesablanmış orta aylıq məbləğ 236,9 manat təşkil etmişdir.
2012- ci ildə işlə təmin olunmaq məqsədilə 1941 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 1249 nəfəri işaxtaran kimi qeydiyyata  alınmış, bunlardan 620 nəfəri, o cümlədən 199  nəfəri qadın olmaqla müxtəlif  sahələrdə  daimi  işlə  təmin edilmiş və 144 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 05 oktyabr 2012-ci il tarixdə 8-ci mikrorayonda səyyar əmək birjası keçirilərək, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Məşğulluq İdarəsinin əməkdaşları, Binəqədi Rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri ilə birgə, sosial yönümlü müxtəlif idarə və təşkilatların nümayəndələri də iştirak etmişlər.
Əmək birjasında işaxtaran vətəndaşlara müasir texnologiyalar əsasında Binəqədi rayonu ərazisində mövcud olan 807 boş iş yerləri haqqında məlumatlar təqdim edilmiş, maarifləndirici bukletlər və informasiyalar işaxtaranların ixtiyarına verilmişdir. Eyni zamanda, işaxtaranlara peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar da verilmişdir. Ümumilikdə tədbirdə 120-yə yaxın rayon sakini iştirak etmiş, 17 nəfər peşə kurslarına istiqamətləndirilmiş, 21 nəfərə isə işə düzəlməsi üçün göndəriş verilmişdir.
Kvota üzrə ayrı-ayrı müəssisələrdə müxtəlif peşələr və ixtisaslar üzrə 28 nəfər işlə təmin edilmiş, sosial müdafiyəyə xüsusi ehtiyacı olan 28 nəfər məcburi köçkün isə müxtəlif sahələrdə münasib işlə təmin olunmuşdur.
Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2012-ci ildə 2221 ailəyə və ya 8752 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
2013-cü il yanvar ayının1-i vəziyyətinə 3672 ailə ünvanlı sosial yardım almışdir.İl ərzində rayon üzrə sosial müavinətə görə ödəniş, 2011-ci ilə nisbətən 685 min manat və ya 15,4% artaraq 5 milyon 127 min manat, sosial yardıma görə ödənişlər 1 milyon 374 min manat və ya 34,8% artaraq5 milyon 319 min manat təşkil etmişdir.
İl ərzində 33318 nəfər təqaüdçü xidmət göstərilmişdir ki, bunların 21918 nəfərini yaşa görə, 8239 nəfərini əlilliyə görə, 3161 nəfərini isə ailə başçısını itirməyə görə pensiya alanlar təşkil edir. 2012-ci ildə Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 65,9 milyon manat olmuşdur ki, bu da keçən illə müqayisədə 10 milyon manat və ya 17,8 % çoxdur.
2013-cü il yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 253,3 min nəfər olmuşdur. Binəqədi rayonunun ərazisi 170 km2, əhalinin sıxlığı 1 km2 1490  nəfər təşkil edir. 
2012-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda 4302 nəfərin doğumu və 1261 nəfərin ölümü qeydə alınmışdır. Təbii artım 2012-ci ilin əvvəlindən 3041 nəfər olmuşdur.
Binəqədi rayonunda 2012-ci ilin yanvar-dekabr aylarında 2285 nikah və 409 boşanma halları qeydə alınmışdır.
Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 58.268 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır. Onlardan 8051 ailə 33643 nəfər məcburi köçkün rayon qeydiyyatındadır.
17 may 2012-ci il tarixdə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüş zamanı rayonun sosial-iqtisadi potensialınıninkişaf etdirilməsi ilə bağlı sahibkarların təklifləri və eyni zamanda onları narahat edən problemlər barədə müzakirələr aparılmışdır.
“2011-2013-cü illər üzrə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə üzümçülük və müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının,istixana komplekslərinin, çörək istehsalı müəssisələrinin, kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması kimi tədbirlər öz əksini tapmışdır. Sulutəpə qəsəbəsində sutkalıq gücü 25 ton olan çörəkbişirmə müəssisəsi istifadəyə verilmişdir
Proqram çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu Binəqədi RİH ilə birlikdə  Binəqədi rayonunda  240-a yaxın sahibkarın iştirakı ilə 2 tədbir keçirilmişdir.  2012-ci ildə Fond tərəfindən 12 sahibkarlıq subyektinə istehsal sahələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə 714 min manat həcmində güzəştli kredit verilmişdir.
2012-ci ildə rayon ərazisində 343 hüquqi şəxslərin qeydiyyatdan keçmişdir ki, bu da 2011-ci illə müqayisədə 16% coxdur. Qeydiyyatdan keçərək il ərzində fəaliyyətini davam etdirən sahibkarların sayı 1876 olmuşdur ki, bu da keçən ilə nisbətən 51.4% artmışdır. Bu da rayonda sahibkarlıq mühitinin ölkə üzrə ümumi tempə uyğun olaraq yaxşılaşmasının bariz nümunələrindəndir.
“2011-2013-cü illər üzrə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Binəqədi rayonuna aid 77 bənd nəzərdə  tutulmuşdur ki, bunun da 38-i təhsil sahəsinə, 5-i səhiyyə, 2-si mədəniyyət, 3-ü idman, 2-si ekologiya, 7-si su və kanalizasiya təsərrüfatı, 4-ü istilik təsərrüfatı, 6-sı sahibkarlığın inkişafı sahəsinə, 10-u isə digər sahələrə aiddir.
2012-ci ildə rayonda Proqramın icrası ilə əlaqədar 102, 3, 276, 246, 284, 126, 244 və 100 saylı məktəblər  əsaslı təmir edilərək yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilmiş, 244, 100, 246 və 143 saylı məktəblərdə yeni tədris korpuslarının tikintisinə başlanmışdır. Ötən il həmçinin Rayon İcra Hakimiyyətinin sifarişçisi olduğu 103 nömrəli məktəb üçün 640 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 153, 159, 274, 298 saylı uşaq bağçalarında təmir işlərinə başlanmış və bu işlər davam etdirilir. 211,294 və 86saylı uşaq  bağçasının binaları yararsız vəziyyətdə olduğu üçün həmin binalar tamamilə sökülmüş və hazırda həmin bağçalar üçün yeni bina inşa edilir.
Bundan əlavə11 saylı uşaq musiqi məktəbi üçün yeni bina tikilmiş, Fikrət Əmirov adına 6 №li uşaq musiqi məktəbindəisə təmir işləri davam etdirilir.
Binəqədi rayonu ərazisində 42 müxtəlif  ünvanda 267,8 km uzunluğunda orta təzyiqli müxtəlif diametrli qaz xətləri çəkilmiş, 34280 ədəd mexaniki qaz sayğacları smartkart tipli qaz sayğaclarla əvəz edilmişdir.
İl ərazində rayon ərazisində 3 yarımstansiya yenidən qurulmuş, 5 transformator məntəqələrinin təmiri və tikintisi aparılmışvə yeni kabel xətti çəkilmişdir.
Rayonun 6-cı mikrorayon və 3205-ci məhəllə ərazisində 2 istilik məntəqəsi müasir tələblərə uyğun olaraq modernləşdirilmiş, 66 binanın aşağı paylama istilik xətləri yenidən qurulmuş, 4 uşaq bağçası üzrə daxili istilik sistemləri yenidən təmir edilərəkqazlaşdırılmışdır.
2012-ci ildə Rayon İcra Hakimiyyətinin müraciətləri nəticəsində qəsəbələrin su və kanalizasiya sistemlərinin yenidənqurulmasına başlanmış, Binəqədi və Biləcəri qəsəbələrində müxtəlif diametrli 14647 p/m uzunluğunda kanalizasiya, 10424 p/m uzunluğunda su xətləri çəkilmişdir.
Binəqədi şossesinin, Binəqədi-Novxanı, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində Asəf Zeynallı və Yəhya Hüseynov küçələri yenidən qurulmuş və bu işlər davam etdirilməkdədir.
Ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının Binəqədi rayon ərazisində fəaliyyət göstərən müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmış və müxtəlif təyinatlı  2 yeni inzibati bina tikilərək istifadəyə verilmişdir.
Dövlət Proqramı çərçivəsində Binəqədi rayonunda 103 tədbirin  görülməsi nəzərdə tutlmuşdur ki,  bu tədbirlərin 11-nin icrası 2011-ci ildə, 26-nın  icrası 2012-ci ildə, 66-nın o cümlədən yeni bəndlərdə daxil olmaqla icrasının 2013-cü ildə başa çatdırılması planlaşdırılmışdır.
Dövlət Proqramının icrası zamanı layihə-smeta və texniki əsaslandırma sənədləri sifarişçi təşkilatlar tərəfindən vaxtında hazırlanmadığına görə 244, 143, 100 və 246 saylı məktəblər üçün əlavə tədris korpusunun tikintisi 2013-cü ilə keçmiş,  158 və 151 saylı uşaq bağşçalarında məcburi köçkünlər məskunlaşdığına görə təmir işlərinə başlamaq mümkün olmamış, 274 və 153 saylı bağçalarda təmir işləri qismən aparılmışdır.
Biləcəri qəsəbəsində Dəmiryolçuların istirahət parkının əsaslı təmir işlərinin başlanması ilə əlaqədar layihə-smeta işləri davam etdirilir.
Böyük Şor gölünün və Xocasən göllərinin, Binəqədi qəsəbəsindəki İdman Kompleksinin qarşısındakı göllərin təmizlənməsi və burada yaşıllıqların, parkların salınması gələcək layihələrdə nəzərdə tutulur.
2013-cü il Dövlət Proqramının son ili olduğu üçün qeyd edilən proqramın icrası məqsədilə Cənab Prezidentin verdiyi əlavə tapşırıq və göstərişlərə əməl edərək, nəzərdə tutulmuş bütün işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi mühüm bir vəzifə kimi qarşımızda durur.
Rayon ərazisində ümumilikdə 558 fərqli ünvanda abadlıq, təmir, tikinti, bərpa və quruculuq işləri aparılmış və bu sahədə işlər hal-hazırda da davam etdirilir.
Qeyd olunan proqramların icrası isriqamətində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılmaqdadır.
Binəqədi rayonu, Azadlıq prospektində Ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında həyata keçirilən yenidən qurma və abadlıq işləri rayon ərazisində aparılan müvafiq işlərin mərkəzində durur. Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişdiyi ərazidən yol genişlənməsi ilə başlanacaq abadlıq işlərinə dair layihə mütəxəssislər tərəfindən hazırlanmış, hazırda ümumi planlaşdırma işləri başa çatdırılmış və bir necə sahələrdə əsaslı tikinti işlərinə başlanmışdır.
Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət evinin yenidən qurulması layihəsinin tərtibatı işləri tamamlanmış, 2013-cü ilin əvvəllərindən layihə üzrə işlərə başlanması planlaşdırılır.
Binəqədi rayonu ərazisində ümumilikdə 10 min 531 m2  hörgü, 41 min 183 m2 suvaq, 26 min 415 m2 dekorativ suvaq, 76 min 258 m2 boyaq işləri aparılmışdır. Yaşayış evlərinin fasadları 127 min m2  müasir üzlük materiallarıilə üzlənmiş, küçələrdə və binaların həyətlərində 4 min 760 m2 tamet daşı,     5 min 194 p/m səki daşları döşənmişdir.
Kunanbayev küçəsində 10 yaşayış binasında 12 min m2  novalça və su axıdılan boru əsaslı təmir edilmişdir. 8-ci mikrorayonda 19, 20, 26, 23 və 13 saylı yaşayış binalarının  giriş hissələrində carı təmir işləri aparılmış, 13 saylı binanın qarşısında 1287m2 sendviç pantellə 35 ədəd müasir qarajlar quraşdırılmışdır.
Rayon ərazisində 10 min 579 p/m taxta haşiyələrlə divarların bəzədilməsi və 727 m2 ağac materialından  taxtahasarların hazırlanması işləri aparılmışdır.
Eyni zamanda əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintisinə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilmişdir. Ümumilikdə rayonda 15 xeyir-şər evləri tikilib istifadəyə verilib, 6 bu tip ev təmir olunub, ikisində isə təmir-tikintiişləri davam etdirilir,18 xeyir-şər evi müvafiq avadanlıqlarla tam təmin olunmuşdur.
Rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Hazırda rayonun Binəqədi qəsəbəsində 176 ədəd, Biləcəri qəsəbəsində 273 ədəd, Rəsulzadə qəsəbəsində 191 ədəd, Xocəsən qəsəbəsində 182 ədəd, 28 May qəsəbəsində 42 ədəd, 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairələrində 838 ədəd, Xüsusi təyinatlı mənzil istismar sahələri üzrə 206 ədəd konteyner yerləşdirilmişdir.
Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, ümumilikdə70 min 362m2 çəmən (qazon) salınmış, 109 min ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 5 min 732 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
Binəqədi rayonu ərazisində gedən abadlıq quruculuq işlərinin sırasında Respublikada ilk dəfə olaraq ekoloji tarazlığın təmin edilməsi məqsədilə Bakı Sumqayıt şossesi istiqamətində, Biləcəri qəsəbəsinə eniş yolunda və şossenin sağ və sol hissəsindəsakinlərin rahatlığını və səs baryerini  təmin etmək məqsədilə istinad divarları tikilmiş, istinad divarları ağac və digər müasir üzlük materialları ilə üzlənərək ərazidə çəmən otu və milli ornament nümunələrindən istifadə etməklə gül-çiçək kolları əkilmiş və landşaft memarlıq elementləri ilə zəngin olan  yaşıllaşdırma tədbirləri görülmüşdür.
Müvafiq işlər şose boyu Bakı avtovağzalı, 1 May yaşayış massivi, Ekologiya postu, körpü və yol keçidlərinin ətrafı və digər ərazilərdə  davam etdirilmiş, şossenin başlanğıcı 7 metr diametrində saat kompleksi və digər memarlıq elementləri ilə zənginləşdirilmişdir.
Hazırda Binəqədi rayon Sulutəpə yaşayış massivində sahəsi 2,6 ha olan yeni parkın salınması üçün hazırlıq işləri tamamlanmış və işlərə başlanmışdır.
Rayon ərazisində 26 min m2-ə yaxın yumşaq dam örtüklərində əsaslı, 11 min m2-də isəcari təmir işləri aparılmışdır. Ümumi istifadə yerlərində 11min m2 pəncərə cari qaydada təmir edilmiş, 18 binanın 62 pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılaraq 68 ədəd blokun giriş qapıları dəyişdirilmiş,64 liftdə kabinələr əsaslı təmir olunmuş və 16 lift yenisi ilə əvəz olunmuşdur.
Hal-hazırda mikrorayonların ərazisində 235 binanın zirzəmisində su və kanalizasiya xətti əsaslı təmir edilmiş və bu sahədə 36 binada işlər davam etdirilir.Paralel olaraq binaların zirzəmilərində 19 min 320 p/m su xətti, 23 min 926 p/m kanalizasiya xətti dəyişdirilmişdir.
Binəqədi rayon İcra Hakimiyyətinin öz təşəbbüsü ilə müxtəlif ərazilərdə11 min 600m2 asfalt örtüyü çəkilmiş, proqram çərçivəsində isə ümumilikdə respublika əhəmiyyətli 250 min m2  sahədə 30 min 800 m uzunluqda və  rayon əhəmiyyətli 224 min 700m2 sahədə 37 min 450 m uzunluqda asfalt örtüyü çəkilmişdir.
Əhalinin su və kanalizasiya təminatının yaxşılaşdırılması sahəsində ötən il ərzində şəbəkə üzrəmüxtəlif diametirli 8400 p/m içməli su xətti, 4500 p/m kanalizasiya xətti dəyişdirilmiş, 3810 p/m kanalizasiya xətti təmizlənmiş və175 p/m yağış kanalizasiya şəbəkəsi yuyulmuş,su nasosları, siyirtmələr təmir olunmuş və ya  yenisi ilə əvəz edilmişdir.
2012-ci il ərzində əhalinin su və kanalizasiya problemlərinin həlli istiqamətində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurum qarşısında 67 məsələ qoyulmuş və bu məsələlərdən 47-si və ya 70%-i öz həllini tapmış, 19 məsələ və ya 28%-i işin icrası “Tədbirlər Planı”na salınaraq icrası nəzərdə tutulmuşdur.
2012-ci ildə rayon Su Kanal Departamenti tərəfindən qeyri-dövlət sektoru üzrə 3929 təsərrüfat  subyektindən ümumilikdə 7 mln 518 min manat vəsait daxil olmuşdur.
Rayon ərazisində əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində müxtəlif ərazilərində ümumi uzunluğu 26 min 816 p/m qaz xətti çəkilmiş, 3071 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli sayğaclarla əvəz edilmiş, tikinti podrat təşkilatları tərəfindən 45077 p/m qaz xətti çəkilmiş, 6 ədəd qaz tənzimləyici və 5 ədəd siyirtmə dəyişdirilmişdir.
Ümumilikdə 2012-ci ildə 1540 qeyri-dövlət təsərrüfar subyektindən 972 abonent və ya 63%-i cəmi 5 mln 439 min manat ödəniş etmişdir ki, 568 və ya 37% abonentdən qazdan istifadəyə görə ödəniş yığılmamışdır.
Qeyd olunan 1540 qeyri-dövlət təsərrüfat subyektlərinin 100%-i tam sayğaclaşdırılmışdır.
İstehsalçılar tərəfindən 2012-ci ildə istehlakçıların hüquqlarının pozulması ilə bağlı Binəqədi rayonuna daxil olmuş 167 müraciət və şikayətin 17-si və ya 10%-i qaz təchizatı məsələləri ilə əlaqədar olmuşdur.
Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə 2012-ci il ərzində 3000 p/m kabel dəyişdirilmiş və 22 ədəd transformator yenisi ilə əvəz edilmişdir.
Eyni zamanda giriş paylayıcı lövhələrinin quraşdırılması, transformatorlarda əsaslı təmir işlərinin aparılması, elektrik dayaqları, elektrik sayğaclarının dəyişdirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Pilot layihə çərçivəsində 9700 ədəd Smart tipli sayğac quraşdırılmış və işlər davam etdirilməkdədir.
Ötən il ərzində həmçinin əhalinin istilik təchizatının yaxşılaşdırılması məqsədilə1 rayon istilik qazanxanası, 3 məhəllədaxili qazanxana, 12 istilik məntəqəsi işlək vəziyyətə gətirilmiş, müxtəlif ünvanlarda 1100 p/m istilik xətti  təmir olunmuş və ya yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə 6-cı, 9-cu mikrorayonlarda və Biləcəri qəsəbə ərazisində 14 qazanxanadan 11 qazanxana işlək vəziyyətə gətirilmiş, məhəllədaxili istilik xətləri yeraltı xətlərlə əvəz olunmuş, bir sıra evlərin istiliklə təmin olunması məqsədilə 460 p/m yeni qaz xətləri çəkilmişdir.
2012-ci ildə yerlərdə 32 səyyar görüş  keçirilmiş, bu görüşlərdə ümumilikdə 5067 rayon sakini iştirak etmiş və həmin görüşlərdə vətəndaşlar tərəfindən 579 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərin əksər hissəsi ümumi sosial və digər məişət problemləri ilə əlaqədar olmuşdur.
Keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları 49 məsələ yerində həll edilmiş, həlli vaxt tələb edən 530 məsələ ilə əlaqədar isə 32 Tədbirlər Planı təsdiq olunaraq aidiyyəti qurumlara göndərilmişdir. Tədbirlər Planı üzrə 362 məsələ icra olunmuş, 37 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyalar qarşısında vəsadət qaldırılmış, 131 məsələplan üzrə müəyyən edilmiş müddət əsasında aidiyyəti təşkilatların icrasına verilmişdir.
Ötən ildə vətəndaşlardan ümumilikdə 4381 müraciət daxil olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 390 vahid və ya 8% azdır.
Hesabat dövründə daxil olmuş vətəndaş müraciətlərindən 2814-ü ərizə,1556-sı isə şikayət olmuşdur. Məlumat üçün bildirirəm ki, daxil olmuş şikayətlər 2011-ci illə müqayisədə 666 vahid və ya 30% azdır. Daxil olmuş şikayətlərin azalma səbəbi kimi  rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində aparılan təxirəsalınmaz tədbirləri göstərmək olar. 
Hesabat dövrü ərzində Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, siyasi partiyalar və dini qurumlar, təhsil və səhiyyə, mədəniyyət müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən olmuşdur.
2012-ci il ərzində əlamətdar günlər Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyətı qurumların iştirakı ilə xüsusi olaraq qeyd edilmiş, bayram günlərində Rayon İcra Hakimiyyətinin xətti ilə rayon ərazisində yaşayan1500 aztəminatlı ailələrə, qaçqın və məcburi köçkün, həmçinin şəhid ailələrinə, əlillərə və digər imtiyazlı şəxslərə bayram sovqatları paylanılmış və mütəmadi olaraq müxtəlif yardımlar göstərilmişdir.
Belə ki, məzunlar arasında 63 nəfər 600-dən çox, 16 nəfər isə 650-dən çox bal toplamış, bu tələbələrdən 6-sı Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən Prezident təqaüdünə,Azərbaycan Respublikasının Prezidentinin digər Sərəncamı ilə Binəqədi rayonun 4 təhsil işçisi, Əbdürəhmanova Sədaqət Qnyaz qızı, Mehdiyeva Aidə Mehman qızı, Sadıqova Yaqut Hüseyn qızı, Talıboba Nəzakət Fazil qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər.
Ümumiyyətlə 2012-ci il ərzində rayon üzrə orta məktəbi bitirən 2529 nəfərdən 2247 nəfəri ali məktəbə sənəd vermiş və bunlardan 1184 nəfəri ali məktəblərə qəbul olmuşlar ki, bu da rayon üzrə ali məktəbə sənəd verən tələbələrin 53%-ni təşkil etmişdir.
Aparılan təhlillər və araşdırma zamanı müəyyən edilmişdir ki, son iki ilin nəticələrinə görə bəzi fənnlər üzrə qəbul imtahanlarında Binəqədi rayonu üzrə yalnız 3, 83, 246, 135, 313, 217, 30, 267, 144 və 102 saylı tam orta məktəblər fərqlənmişlər.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir.Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2011-ci ildə Biləcəri qəsəbəsində 15 saylı şəhər poliklinikasının əsaslı təmir işlərinə başlanılmış və 2012-ci ilin may ayında istifadəyə verilmişdir. Hal-hazırda 6 saylı Birləşmiş şəhər xəstəxanasında əsaslı təmir işləri  aparılır.
Rayon ərazisində 25 səhiyyə müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 3000 nəfər tibb işçisi çalışır. Onlardan 1364 nəfəri həkim, 1636 nəfəri orta tibb işçisidir.
Ötən il ərzində tibb müəssisələrində 6253 nəfər diabetli xəstə, 374 nəfər vərəm xəstəsi, 86 nəfər telassemiya, 27 nəfər hemofiliya və1074 nəfər yenitörəməli xəstə qeydiyyata alınmışdır və 699  nəfər qan dövranı xəstəliyindən vəfat etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında”06 aprel 2011-ci il tarixli 1418 saylı Sərəncamının icrası məqsədilə rayon ərazisində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Rayon ərazisində gənclər siyasəti gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, qarşımızda duran əsas məsələlərdən biri olmuşdur. Gənclərin intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi  istiqamətdə rayon ərazisində 2012-ci il ərzində 68 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə 6361 uşaq, yeniyetmə və gənclərin iştirakı təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında”16 yanvar 2012-ci il tarixli 1965 saylı Sərəncamının icrası məqsədilə rayon ərazisində müxtəlif idman tədbirləri təşkil olunmuşdur. İdman ili çərçivəsində futbol, voleybol, güləş, cüdo, Basketbol, tennis, şahmat və digər idman birincilikləri keçirilmişdir. 2012-ci il ərzində ümumilikdə 36 növdə keçirilən idman tədbirlərində 5240 uşaq, yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur. 7-ci mikrorayon ərazisində mini stadion tikilib istifadəyə verilmiş, gənclər mərkəzində tikinti işləri davam etdirilir.
Ötən il ərzində rayon ərazisində 1121 cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 13-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 15-i yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, 97-si narkotik maddələrin qeyri qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı, 104-ü hərəkətin təhlükəsizliyi ilə əlaqədar, 21-i soyğunçuluq, 6-sı quldurluq, 52-si xuliqanlıq hadisəsi olmuşdur. Qeydə alınan cinayətlərdən 296 cinayətin üstü açılmamışdır.
2012-ci il ərzində Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə abadlaşdırılma işlərinin aparılması məqsədi ilə məhkəmələrdə qaldırılmış 85 iddia tələbindən 56 iddia tələbi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2012-ci ilin I yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclasındakı çıxışında bütün nazirliklər və dövlət agentliklərinə elektron xidmətlərin siyahısının hazırlanması və təqdim edilməsinin tapşırıldığını, elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu qeyd etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətində avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi məqsədi ilə 6 avqust 2012-ci il tarixli 76 saylı sərəncamla işçi qrupu yaradılmış, avtomatlaşdırılmış informasiya sisteminin (AİS) “kargüzarlıq” modulunun tətbiqi məqsədi ilə treninqlər keçirilmiş, elektron sənəd dövriyyəsinin tətbiqinəbaşlanılmışdır. Hal-hazırda aparatda və digər  tabeli strukturlarda AİS-in tətbiqi həyata keçirilir.
Görülən işlərin davamı olaraq “1646”Sakinlərin Müraciət Xidməti sisteminin yaradılması məqsədiləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 dekabr 2012-ci il tarixli, 249 nömrəli Sərancamı imzalanmışdır.
Sakinlərin Müraciət Xidmətinin  fəaliyyəti daxil olan yazılı müraciətlərin sayının azalmasına, bununla da qismən maliyyə xərclərinə və əməkdaşların əlavə vaxt itkisinə qənaət edilməsinə imkan yaradacaq. Nəticədə, bu cür fəaliyyət göstərən müraciət xidməti şəffaflığı, həmçinin hökümət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq, rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artıracaq, mübahisələrin həllində və əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olacaqdır. Artıq 6 fevral 2013-cü il tarixdən etibarən Sakinlərin Müraciət Xidməti Binəqədi Rayon sakinlərinin istifadəsinə verilmişdir.
Hesabat iclasında Milli Məclisin üzvü Madər Musayev və Rafael Cəbrayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak edirdilər.
Sonda qərar layihəsi oxunuldu və tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər