Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərzində rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında məlumat

24 fevral 2013 | 11:00

Həftə ərzində (18-22 fevral )rayon ərazisində ümumilikdə 111 ünvanda  su axıntıları olan boruların və 5 nasosxananın təmiri aparılıb, 139 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
KTM-41(3)-də SİP kabeli zədələndiyindən 70 p/m XLPE 4x50 kabeli dəyişdirilib. Azadlıq prospekti 158 ünvanında kabel AVVQ-1 4x35mm2 250 p/m yenilənib. 9-cu mikrorayon H.Babaşov 16-da TM-364-dən fərdi yaşayış xətləri yeni SİP xətti ilə əvəz olunub. 6-cı mikrorayon 683 saylı TM-dən fərdi yaşayış evləri SİP xətti ilə əvəz olunub.
8-ci və 9-cu mikrorayonda 75 p/m yanmış kabel, Binəqədi qəsəbəsində və Binəqədi şossesində 30 p/m yanmış kabel, 100 saylı məktəbin həyətində 35 p/m yanmış kabel dəyişdirilib.
Binəqədi QİS ərazisində ümumilikdə, 4211 p/m qaz xətti çəkilib, 1856 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon X.Dairəvi 7/19 binanın zirzəmisində d-57 mm 2 p/m boru, 16 saylı binanın zirzəmisində 25 mm 24 p/m boru bərpa edilib.
7-ci mikrorayon ərazisində 24, 7/19 və 8-ci mikrorayonda 19, 20, 21, 26, 28, 77 saylı binalarda 93 p/m kanalizasiya xətti dəyişdirilib.
Ə.Naxçıvani küçəsi 11, 12, 14, 15 saylı binalarda 10 ədəd lift kabinəsi əsaslı təmir edilib.
7-ci mikrorayon ərazisində 3140 m2 asfalt örtüyü çəkilib.
7-ci mikrorayon ərazisində 22, 62, 7/19, 5/13, 4/17 saylı binaların yumşaq dam örtüklərində əsaslı təmir işləri aparılıb, həftə ərzində 425 m2 yumşaq dam örtüyü təmir edilib.

Keçidlər