Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil Kommunal Təsərrüfatı Birliyi 2012-ci ilin yekununa dair hesabat verdi

24 fevral 2013 | 11:00

2013-cü il fevralın 23-də Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaq iştirakçıları ilk öncə Birliyin inzibati binasının foyesində Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində 2012-ci ildə görülən işləri əks etdirən foto stendlə tanış oldular.
Hesabat yığıncağını açıq elan edən Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ədalət Rəcəbov 2012-ci ildə rayonda əldə olunmuş uğurlardan, abadlıq-quruculuq işlərindən və qarşıda duran məsələlərdən danışdı. Sonra görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edərək əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilən, respublikamızda aparılan abadlıq-quruculuq işlərinin Binəqədi rayonundan da yan keçmədiyini bildirdi.
Məruzəçi Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 397 çoxmərtəbəli binaya və burada yaşayan 62 000 əhaliyə xidmət göstərildiyini vurğulayaraq, tabeliyində olan 6, 7, 8, 9a və 9-cu mikrorayonların, Biləcəri və Rəsulzadə qəsəbəsinin bir hissəsini əhatə edən 10 Mənzil Kommunal İstismar Sahəsinin olduğunu vurğulamаqla hesabat dövrü ərzində görülən işləri iclas iştirakçılarının diqqətinə çatdırdı.  
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov çıxış edərək, ümumilikdə rayonda o cümlədən,  birliyin ərazisində aparılan işlərdən danışdı.
Hesabat yığıncağında iştirak edən rayon sakinləri rayon ərazisində görülən işləri yüksək qiymətləndirərək  rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Yığıncağın sonunda qərar layihəsi oxunaraq səsə qoyuldu və hesabat dövründə görülmüş işlər qənaətbəxş hesab edilərək  qəbul edildi.

Keçidlər