13-14.12.2025-ci il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
12 dekabr 2025 | 10:05
Bakıda və Abşeron yarımadasında
Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacağı gözlənilir.
Dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.









