Şriftin ölçüsü :

Saytın rəngi :

13-15.01.2024 tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat

12 yanvar 2024 | 16:14

Bakıda və Abşeron yarımadasında


Yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı , yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8°aşağı enərək , 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.
Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur.

Keçidlər