Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi qəsəbə sakinləri ilə görüşdü

16 mart 2013 | 11:00

2013-cü il mart ayının 15-də “Qardaşlar” mərasim zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 125 nəfər rayon sakini iştirak etmişdir.
  Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi.
  Qəsəbə sakinlərindən Neman Əliyev, Vüsalə Şahverdiyeva, Xəyalə Qocayeva, İradə Xuduyeva və başqaları çıxış edərək qəsəbədə mövcud olan nöqsan və çatışmazlıqlarından söz açaraq onların aradan qaldırılmasını xahiş etdilər.
  Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər