Şriftin ölçüsü :

Saytın rəngi :

15-17.02.2024 tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat

14 fevral 2024 | 15:43

Bakıda və Abşeron yarımadasında

Fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20  m/s,  15-i axşam  və 16-sı gecə arabir 23-28 m/s-dək  güclənəcəyi gözlənilir.

Fevralın 16-17-də fasilələrlə yağıntılı olacağı gözlənilir. 16-da səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətə sulu qara, qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

Keçidlər