Su təchizatının dayandırılması
28 iyun 2018 | 11:00
Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 28 iyun 2018-ci il tarixində gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.