Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsindən 27 il ötür

27 aprel 2013 | 10:00

2013-cü il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 26 illiyinə həsr olunmuş tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş verən qəza nəticəsində böyük bir ərazinin xarabalığa çevrildiyini, yüz minlərlə insanın radioaktiv şüalanmaya məruz qalaraq sağalmaz xəstəliyə düçar olduqlarını və həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edən minlərlə Azərbaycan vətəndaşının zərər çəkdiyini, dünyasını dəyişdiyini bildirdi. Respublikamızda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən lazımi tədbirlərin həyata keçirildiyi, 1993-cü ildə qəbul edilmiş Qanunla həmin insanların statusunun müəyyənləşdirildiyi və onlara bir sıra güzəşt və imtiyazların verildiyi diqqətə çatdırıldı.
“Çernobıl Əlilləri” İttifaqının Binəqədi rayon şöbəsinin sədri Məhərrəm Ağayev çernobılçılara göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılmasından razılıqla danışdı.
Sonda bir qrup çernobılçıya Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım edildi.

Keçidlər