17.05.2024 tarixinə gözlənilən hava şəraiti haqqında məlumat
16 may 2024 | 10:35
Bakıda və Abşeron yarımadasında
Mayın 17-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Mayın 17-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz arabir 20-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.