Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd edildi

28 aprel 2013 | 10:00

2013-cü il aprelin 27-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi  ilə əlaqədar tədbirlər keçirilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri  ilk öncə alimin adını daşıyan parkı ziyarət edərək Zərifə Əliyevanın xatirəsinə ucaldılmış abidəsinin önünə əklil qoydular.
Daha sonra tədbir Azəryol Voleybol Klubunun konfrans zalında davam etdirildi.
Tədbir oftalmoloq-alim Zərifə Əliyevaya həsr edilmiş  filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov oftalmoloq-alim Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazandığını və onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini söylədi.
Bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük siyasi iradə və qalibiyyət əzmi ilə dahi ulu öndər Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın arzularını həyata keçirdikləri, böyük nəslin dastanının yeni səhifələrini yaratdıqları qeyd edildi.
Millət vəkili Hüseynbala Mirələmov  müəllifi olduğu "Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən nəşr edilən görkəmli alim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə Əliyevaya həsr edilən, Azərbaycan və ingilis dillərində çap olunan "Zərifə Əliyeva" kitabının nəşrin silsilə kitablar arasında olan xüsusi yerindən bəhs edərək, görkəmli alimin tibb sahəsində fəaliyyətindən ətraflı söz açdı.
Zərifə Quliyeva gözəl ana, həyat yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhvələr vermiş, böyük oftalmoloq alim Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə tədbir iştirakçılarını daha yaxından tanış etdi.

Keçidlər