Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Gül bayramı keçirildi

02 may 2013 | 10:00

2013-cü il mayın 1-də Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən Oftalmoloq-alim, akademik  Zərifə Əliyeva adına parkda gül bayramı münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və istehsal müəssisələrinin təqdim etdiyi əl işlərindən, rəsm əsərlərindən, toxuma işlərindən və müxtəlif təbii güllərdən ibarət sərgi keçirildi.
Məktəblilərin, şagirdlərin, hətta uşaq bağçalarında tərbiyə alan balacaların böyük həvəslə hazırladıqları bu işlər öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər.
Nümayiş etdirilən güllər, gül dəstələri, əl işləri və s. kolleksiyalarla tanış olmaq üçün bayram tədbirinə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov, rayonun millət vəkili Madər Musayev və Rafael Cəbrayılov, icra strukturlarının rəhbərləri, bələdiyyə üzvləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qatılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış “Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2013-cü il tarixli 65 saylı sərəncamı ilə təsdiq edilmiş Gül bayramının Əsasnaməsinə əsasən sərgidə  təqdim olunan işlərdən  “Ən yaxşı gül-çiçək kompozisiyası”, “Ən yaxşı dekorativ gül rəsmi”, “Ən yaxşı tətbiqi sənət nümunəsi”, “Ən gözəl gül geyimi”, “Asfalt üzərində ən yaxşı gül rəsmi” nominasiyaları üzrə qaliblər diplomla təltif olunacaqlar.
Səliqə-səhmanla hazırlanmış stendlər, gözoxşayan çiçəklər kollektivlərin tədbirə yüksək səviyyədə hazırlaşdığından xəbər verirdi.
Təşkil olunan bayram hər kəs tərəfindən maraqla qarşılandı.

Keçidlər