Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda tədbir keçirildi

03 may 2013 | 10:00

2013-cü il mayın 2-də  Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə 276 saylı tam orta məktəbdə “Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyevin gənc nəslin formalaşmasındakı rolundan söhbət açdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov əmək bazarında tələblə təkilifin uyğunlaşması prosesində düzgün addımın atılması, karyera qurmaq istiqamətində istək və bacarığın düzgün yönləndirilməsi və özünə inamın aşılanması,  əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsi istiqamətində ətraflı məlumat verdi.
Sonra çıxış edən 126 saylı tam orta məktəbin direktoru Şəmsi Qocayev, 9 saylı peşə liseyinin direktoru Şərif Hacıyev, 3 saylı tam orta məktəbin psixoloqu Şahin Qədirov və Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev  qeyd etdilər ki, bəzi hallarda gənclər valideynlərinin təkidi ilə ixtisas seçimi qarşısında qalır, öz istəklərini həyata keçirə bilmirlər.
Çıxış edənlər Ulu öndərin ən böyük xidmətlərindən biri kimi gənclərlə bağlı məsələləri həmişə diqqətdə saxladığını, onların imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirdiyini qiymətləndirdilər. Dahi şəxsiyyət  gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, onların dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olduğu diqqətə çatdırıldı.

Keçidlər