Böyük Vətən müharibəsində qələbənin 68-ci ildönümü münasibətilə müharibə iştirakçıları ilə görüş keçirildi
2013-cü il mayın 7-də Böyük Vətən müharibəsində qələbənin 68-ci ildönümü münasibətilə müharibə iştirakçıları ilə görüş keçirildi.
İlk öncə Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq Böyük Vətən Müharibəsi iştirakçılarını qələbə günü münasibəti ilə təbrik etdi. Bu müharibədə Azərbaycan xalqının qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırdı.
Respublikamızda yaşayan bütün müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanıldığı qeyd edildi. Bunun bariz nümunəsi kimi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər il olduğu kimi bu il də 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 68-ci ildönümü münasibətilə imzalanmış “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” 23 aprel 2013-cü il tarixli Sərəncam göstərildi.
Tədbirdə Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov ölkə Prezidenti İlham Əliyevin müharibə veteranlarına diqqət və qayğısından ətraflı danışdı.
Çıxış edən döyüşçülər keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar.
Tədbirin sonunda 100 nəfər Böyük Vətən müharibəsinin iştirakçısına maddi yardım edildi.
Rayon İcra Hakimiyyətinin nümayəndələri veteranların problemləri ilə maraqlandılar.