Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edildi

11 may 2013 | 10:00

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü günüdür. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ölkəmizi sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə təbirlər keçirilir, bu dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur.
         2013-cü il mayın 10-da Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi  Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri qoydular.
        Ziyarətdən sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil edilmiş möhtəşəm Gül bayramında iştirak etdilər. Müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar hər kəsdə xoş ovqat yaradırdı.
        Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Keçidlər