Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənclərinin “Heydər Zirvəsi”nə anım yürüşü

12 may 2013 | 10:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Binəqədi rayonunda Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2013-cü il tarixli 65 saylı sərəncamı ilə təsdiqlənən tədbirlər planına uyğun olaraq Rayon İcra Hakimiyyəti, Regionların İnkişafı İctimai Birliyi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 07 may 2013-cü il tarixdə bir qrup Binəqədi rayon gəncinin Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə kütləvi yürüş təşkil olundu.
Ulu öndərin doğum günü münasibətilə reallaşan yürüşdə iştirakçılar Qubanın Xınalıq kəndindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ni ziyarət etdilər. 7 may 2013-cü il tarixdə Binəqədi rayonunun ərazisindən  start götürən yürüş 9 may 2013-cü il tarixdə yekunlaşdı.

Keçidlər