Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə günü qeyd edildi

16 may 2013 | 10:00

15 may 2013-cü  il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva açaraq  insan həyatının ailədən başladığını və buradan onun bir vətəndaş kimi formalaşdığını diqqətə çatdırdı.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə, Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səmayə Seyidova ailənin cəmiyyətin əsas təsisatlarından biri kimi bəşəri dəyərlərin, mədəniyyətin və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişafın amili olduğunu, 1993-cü ildə bu əlamətdar günün BMT Baş Assambleyası tərəfindən təsis edilməsində əsas məqsədin diqqəti müxtəlif ölkələrin çoxsaylı ailə problemlərinə yönəltməkdən ibarət olduğunu vurğuladılar. Azərbaycan ailəsinin öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynadığını, ailənin firavanlığının və xoşbəxtliyinin ölkənin tərəqqisinin əsas göstəricisi olduğu bildirildi.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi rayon sakini, Böyük Vətən Müharibəsi iştirakçısı Məmməd Qarayevə və tədbirdə iştirak edən digər nümunəvi ailələrə mükafat təqdim olundu.

Keçidlər