Şriftin ölçüsü :

Saytın rəngi :

19-22.02.2025-ci tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat

18 fevral 2025 | 08:39

Hava şəraitinin dəyişəcəyi haqqında

XƏBƏRDARLIQ

Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  Bakıda və Abşeron yarımadasında gecə saatlarında havanın minimal temperaturunun 0°-yə yaxınlaşacağı, sonrakı günlərdə isə -3°-dək olacağı proqnozlaşdırılır.  

Bakıda və Abşeron yarımadasında

Fevralın 19-u axşamdan başlayaraq arabir yağıntılı olacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensivləşəcəyi ehtimalı var.

Fevralın 20-dən 22-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 21-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Keçidlər