Şriftin ölçüsü :

Saytın rəngi :

“Bərabər Təhsil İmkanları – Müxtəlif Bacarıqlar” adlı beynəlxalq təlim kursları keçirildi

21 may 2013 | 10:00

2013-cü il  mayın 12-dən 20-dək  Bakı şəhərində Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə “Bərabər Təhsil İmkanları – Müxtəlif Bacarıqlar” adlı beynəlxalq tədbir təşkil edildi.
Tədbirin keçirilməsində əsas məqsəd yaşından, cinsindən, maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinə bərabər səviyyədə təhsil imkanlarının yaradılması yolları, fiziki qüsurlu şəxslər üçün təhsil imkanları, həyat boyu öyrənmə və s. ilə bağlı müzakirələr aparmaq və son nəticədə təhsil hüququndan istifadə imkanları barədə təkliflər hazırlamaqdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Gürcüstan, Ukrayna, Ruminiya, Moldova, Xorvatiya, Polşa, İtaliya və Albaniya kimi ölkələrdən iştirakçılar dəvət olunmuşdur. Təlim kursu Gürcüstan və Macarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparıldı.
Tədbir ərzində müxtəlif seminarlarda iştirak edən iştirakçılar həm mövzu ilə bağlı öz ölkələrinin təcrübələrini bölüşüb, həm də müxtəlif təkliflərlə çıxış edə biliblər.
Azərbaycanın təbliği baxımından tədbir iştirakçıları ölkəmizdə olduqları müddətdə Azərbaycan tarixi, mətbəxi, mədəniyyəti, musiqisi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Onlar bu təlim kursu üçün xüsusi olaraq hazırlanan Azərbaycan mədəniyyət gecəsində də iştirak ediblər.
Azərbaycan Tələbələr Birliyinin həyata keçirdiyi bu layihə Avropa Komissiyası ilə yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən  dəstəklənib.

Keçidlər