Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftənin abadlıq-quruculuq işləri

26 may 2013 | 10:00

 

Həftə ərzində (20-25 may) rayon ərazisində ümumilikdə 82 ünvanda  su axıntıları olan boruların və 1 nasosxananın təmiri aparılıb. Eyni zamanda 137 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
8-ci mikrorayon S.S.Axundov küçəsi 5, 68, 187 saylı binalarda elektrik təchizatı yenidən qurulub. Kabel AVVQ-1 4x25 mm 1850 p/m dəyişdirilib, 250 ədəd sayğac qurulub.
9-cu mikrorayonda M.Cəlal 27-də TM-768-in əsaslı təmir edilib, yeni 1000 kv gücündə KTM quraşdırılıb. Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsi 304 və 487 saylı TM-lərdə profilaktik tədbirlər görülüb. 
Binəqədi QİS ərazisində 1075 p/m qaz xətti çəkilib, 4000 p/m qaz xətti boyanıb, 233 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 1e, 2a, 5v, 20 saylı yaşayış binalarının istilik xətlərində 4 ədəd siyirtmə təmir edilib, dik dayaqlarda d-89mm 1p/m, d-57mm 6 p/m, d-89mm 1p/m d-76mm 1p/m boru, 2 ədəd siyirtmə dəyişdirilib. 8-ci mikrorayon 11a, 14, 18, 23, 26, 28 saylı binaların istilik sistemində dik dayaqlarda d-69 mm 3 p/m boru dəyişdirilib, 16 ədəd siyirtmə təmir edilib. Naxçıvani 1 saylı binanın istilik xəttində d-76mm 6 p/m boru dəyişdirilib. M.Cəlal 29, 31, 34, 77, 79 saylı binaların istilik xəttində 18 ədəd siyirtmələr təmir edilib. İ.Kazımovski 4, 4a, 15/2 saylı binaların zirzəmisində 5 ədəd siyirtmə təmir edilib. H.Babaşov küçəsi 2, 10, 13 saylı binaların zirzəmisində aşağı paylama xəttində     d-80mm 9,5 p/m, d-63 4,2 p/m boru bərpa edilib, 2 ədəd siyirtmə təmir edilib. 9-cu mikrorayon ərazisində həyətlərin işıqlandırılması üçün 17 ədəd dirək quraşdırılıb. 35 p/m kanalizasiya  və 12 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Azadlıq prospekti 28, Naxçıvani küçəsi 64, A.Gəraybəyli küçəsi 31a və H.Babaşov küçəsi 20 saylı binanın qarşısında 5 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir. 26 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
Həftə ərzində 6-cı və 7-ci mikrorayonların ərazisində binaların damlarında 200 m2 yumşaq dam örtüyü təmir edilib.

Keçidlər