Şriftin ölçüsü :

Saytın rəngi :

"Son zəng"lə bağlı tədbir keçirildi

01 iyun 2013 | 10:00

31 may 2013-cü il tarixdə rayondakı Rizvan Pirnəzərov adına 299 saylı  məktəb-liseydə "Son zəng" tədbiri keçirildi.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov məzunlara müstəqil həyat yollarında uğurlar diləyərək, onlara xoş arzularını çatdırdı. O həmçinin  ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının onun layiqli davamçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulamaqla məzunlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etdi. Ulu öndərin təhsil siyasətini uğurla davam etdirən dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycan təhsilində yeni, məsuliyyətli bir dövr başlanmışdır. Ötən dövrdə əldə edilən uğurların bəzilərini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi ilə bağlı sərəncamı milli təhsilimizin inkişafına çox əhəmiyyətli töhfə olduğunu vurğuladı. Yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illər çoxlu sayda yeni məktəb tikilmiş, köhnə məktəblər və uşaq bağçaları əsaslı təmir edilmişdir.
Çıxışının sonunda məktəb-liseyi uğurlu nəticələr münasibətilə təbrik edən icra başçısı dövlətin hər bir sahədə olduğu kimi, təhsilə diqqət və qayğısını yüksək qiymətləndirərək bunu kollektivdəki sağlam münasibətlərin təzahürü kimi qiymətləndirdi.
Mərasimdə məktəbin direktoru Solmaz Kazımova, məktəbin Valideyn-Müəllim Assosiasiyasının sədri Mübariz Kərimov və başqaları tədris müəssisəsinin uğurlarından danışaraq, qarşıda duran vəzifələrdən bəhs etdilər.
Tədbirdə həmçinin məktəbin şagirdləri tərəfindən bir-birindən maraqlı çıxışlar nümayiş etdirildi.
"Son zəng" yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

 

.zit { position:relative; width:150px; height:97px; left:0px; top:0px; border:1px solid black; /* Apply a CSS3 Transition to width, height, top and left properties */ transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -webkit-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -o-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -moz-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; } *{list-style-image:none;} .zit:hover { width:400px; height:289px; left:15px; top:5px; z-index:9999; } .ZoomIt ul { clear:both; list-style-image:none; } .ZoomIt li { width:150px; height:97px; margin:10px; float: left; overflow:visible; display: block; list-style-image:none; } ul, menu, dir { display: block; list-style-type: none; -webkit-margin-before: 1em; -webkit-margin-after: 1em; -webkit-margin-start: 0px; -webkit-margin-end: 0px; -webkit-padding-start: 40px;
  •  
Keçidlər