Abadlıq-quruculuq sahəsində həftə ərzində aparılan işlər
Həftə ərzində (3-8 iyun) rayon ərazisində ümumilikdə 75 ünvanda su axıntıları olan boruların və 4 nasosxananın təmiri aparılıb.
Eyni zamanda 101 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb. TM-9-TM-20 arası 6 kv-luq kabel xəttinin zədə yeri təyin ediib və 2 ədəd mufta qoyulub. KTM-39-da 2 ədəd ayrıc təmir olunub. TM-Buz, TM-15-də tikinti işləri davam etdirilir. Rəsulzadə qəsəbəsi 9-cu mikrorayon 858 saylı TM-dən 6 saylı binanın elektrik təchizatı yenidən qurulub. Rayon ərazisində TM və KTM-lərin aylıq profilaktik təmir işləri aparılıb. 821, 567, 768 saylı TM-lərdə yenidənqurma işləri aparılır. KTM 1364-də SİP-ləşmə işləri aparılır.
Binəqədi QİS ərazisində 1319 p/m qaz xətti çəkilib, 218 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 2k, 3a, 5a/8,10 və 12 saylı yaşayış binalarının istilik xətlərində 10 ədəd siyirtmə təmir edilib, dik dayaqlarda d-25mm 14p/m boru dəyişdirilib. 8-ci mikrorayon 1v, 2, 16, 20 və 32 saylı binaların istilik sistemində dik dayaqlarda d-89mm 14 p/m boru dəyişdirilib, 6 ədəd siyirtmə təmir edilib. Naxçıvani 4a və 1 saylı binaların zirzəmisində 1 ədəd siyirtmə təmir edilib, 2 ədəd siyirtmə dəyişdirilib, istilik xəttində d-76mm 2 p/m boru dəyişdirilib. M.Cəlal 31,69,71,99,119 saylı binaların və 144 saylı məktəbin istilik xəttində 12 ədəd siyirtmələr təmir edilib, 3 ədəd siyirtmə dəyişdirilib. H.Babaşov 4 və 10 saylı binaların istilik xəttində, d-57mm 7,5 p/m aşağı paylama xəttində boru dəyişdirilib, 4 ədəd siyirtmə təmir edilib. 337 saylı qazanxanada 4 ədəd siyirtmə təmir edilib, 2 ədəd siyirtmə dəyişdirilib. Biləcəri A.Zeynallı 1a saylı binanın zirzəmisində d-80mm 4 ədəd siyirtmə təmir edilib. 7-ci və 8-ci mikrorayon ərazilərində binaların 106 girişlərində təmir işləri davam etdirilir. 42 p/m kanalizasiya və 12 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib. Azadlıq 28, Naxçıvani 64, A.Gəraybəyli 31a və H.Babaşov küçəsi 20 saylı binanın qarşısında 5 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir. 24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir. 10 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir. Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 550 p/m yumşaq dam örtüyü təmir edilib. Azadlıq prospekti 191 saylı binada 3 lift yenisi ilə əvəz olunub.