21-22.08.2025-ci il tarixlərinə gözlənilən hava şəraiti haqqında məlumat
20 avqust 2025 | 15:49
Bakıda və Abşeron yarımadasında
Avqustun 21-i günün ikinci yarısından 22-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 21-i axşam və 22-si gecə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu avqustun 22-də ötən günlərlə müqayisədə 4°-dək aşağı enəcək.









