Şriftin ölçüsü :

Saytın rəngi :

21.02.2023-cü il tarixinə gözlənilən hava şəraiti haqqında məlumat

21 fevral 2023 | 16:03

Bakıda və Abşeron yarımadasında

Həftə mürəkkəb külək  rejimi ilə səciyyələnir.

Külək: Fevralın 21-i gün ərzində davam edən şimal-qərb küləyi  15-20 m/s, arabir 23-28 m/s,  günün ikinci yarısında mülayimləşəcək, 22-də 15-18 m/s, gecə və səhər arabir 20-25 m/s, cənub küləyi ilə əvəz olunacaq, 22-si gündüz külək mülayimləşəcək, 23-də axşam  yenidən şimal küləyi 15-20 m/s, 24-də arabir 23-25 m/s-yə çatacaq.

Yağıntı: Fevralın 23-ü axşam arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Yağıntı: Fevralın 23-ü şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında  intensiv olacağı ehtimalı var.

Külək:  Fevralın 21-24-də  qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

 

Keçidlər