Azərbaycan polisi günü münasibətilə tədbir keçirildi
2 iyul 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 iyul-Azərbaycan Polisi Günü” münasibətilə Binəqədi Rayon Polis İdarəsində tədbir keçirildi.
Tədbiri giriş şözü ilə açan Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışmış və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusi vurğuladı.
Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinə həmişə sadiq olduğunu qeyd etmiş və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırdı. Natiq həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilənləri də təbrik etdi və işlərində uğurlar arzuladı.
Tədbirin sonunda xidmətdə fərqlənən Rayon Polis İdarəsinin və mühafizə xidmətinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edildi.