“Azadlıq prospekti” stansiyasında “Ümummilli Lider portretlərdə” adlı aksiya keçirildi
Ölkəmizin müasir inkişafının ən mühüm mərhələləri olan Ulu Öndərin 1969-1982-ci və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və təbliği gənc nəslin maariflənməsi və layiqli vətəndaş kimi yetişməsi üçün böyük əhəmiyyətə malikdir. Bunu nəzərə alan Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birlikdə Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərdən ibarət portretləri “Azadlıq prospekti” stansiyasında divar boyunca yerləşdirib.
Hər bir portretin altında Ümummilli Liderin müxtəlif dövrlərdə gənclərə xitabən söylədiyi nəsihətamiz fikirlərdən sitatlar da əks olunmuşdur. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən və Heydər Əliyevin zəngin həyat təcrübəsindən qaynaqlanan nəsihətlərlə birlikdə hazırlanmış portretlər hər gün böyük izdihamın yaşandığı metrostansiyada vətəndaşlar tərəfindən xüsusi maraqla qarşılanmaqdadır.