2013-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi
2013-cü il iyulun 26-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov 2013-cü ilin birinci yarımilliyi ərzində əldə olunmuş uğurlardan, aparılmış quruculuq və abadlıq işlərindən, qarşıda duran vəzifələrdan danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 3-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında, Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanışlığından və Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılışını zamanı Binəqədi rayonuna etdiyi səfərin təəssüratlarından danışdı.
Respublikamızın hər yerində olduğu kimi Binəqədi rayon ərazisində də abadlıq-quruculuq işləri davamlı olaraq aparıldığı qeyd edən cənab Xaləddin İsgəndərov əhalinin iqtisadi, sosial durumunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini vurğuladı. Bununla belə, rayon ərazisində problemlərin mövcud olduğunun bildirən rayon rəhbəri onların həlli istiqamətində məqsədyönlü işlərin görüldüyünü dedi.
Tədbirdə 2013-cü ilin birinci yarımilliyinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun 2013-cü il ərzində daha böyük uğurlara imza atacağına əsas verir.
Məruzəçi birinci yarımillik ərzində rayon ərazisində görülən işlərə nəzər salaraq bildirdi ki, sənaye sahəsində 2013-cü ilin yanvar-iyun aylarında 72 milyon 574 min manatlıq və ya keçən ilin müvafiq dövründən 0,3% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Birinci yarımillik ərzində sənaye müəssisələrində 5716 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövründən 5,3% çoxdur.
Sənaye müəssisələrində orta aylıq əmək haqqı 481,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründən 3,2% çoxdur.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 5 milyon 313 min manat əsas fondlar istifadəyə verilib.
2013-cü ilin yanvar-iyun aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 26 milyon 133 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 21 milyon 815 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 161 milyon 488 min manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,7 % artıb. Tikintidə işçilərin orta siyahı sayı 5072 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 60,1 % artıb. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 291,4 manat təşkil edib.
2013-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,1 % çox, rabitə sektorunda isə 12,5% çox xidmət göstərilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 25% artaraq 5613 nəfər, orta aylıq əmək haqqı isə 51,7% artaraq 360,0 manat təşkil edib.
Bu müddət ərzində rabitə müəssisələrində 715 işçi çalışmış və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 61 nəfər artıb. Orta aylıq əmək haqqı 5,4% artaraq 383, 1 manat təşkil edib.
Hesabat dövründə istehlak bazarı dinamik tendensiya ilə inkişaf edərək pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 558 milyon 532 min manatlıq istehlak malları satılıb.
2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,6% artıb. İstehlak mallarının 22%-i hüquqi şəxslərin, 64,2%-i hüquqi şəxs yaratmadan sahibkarlıqla məşqul olan fiziki şəxslərin ticarət şəbəkələrində, 13,8-i kənd təsərrüfatı məhsulları bazarında satılıb.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 166 milyon 12 min manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz çoxdur.
2013-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən xidmətlərin 20,4%-i dövlət müəssisələri tərəfindən həyata keçirilib. Əhaliyə göstərilən pullu xidmətlərin 13,8 faizini məişət xidmətləri təşkil etmişdir ki, bunun da 90,4 faizini hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər təşkil edib.
6 ay ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq, 356,0 manata çatmışdır.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 42742 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Dövlət sektorunda işçilərin orta aylıq sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 17895 nəfər olmuş, qeyri-dövlət sektorunda isə çalışanların sayı 27,5% artaraq 24847 nəfər təşkil edib.
2013-cü il iyulun 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 1973 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1011 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 601 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, bunlardan 221 nəfəri qadın olmaqla, 328 nəfər müxtəlif sahələrdə daimi işlə təmin edilmiş və 56 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunub. İşsizlik müavinəti başa çatmış 6 nəfər, müavinət aldığı müddət ərzində isə 1 nəfər Məşğulluq Mərkəzinin göndərişi ilə işlə təmin olunub. 6 ay ərzində 98 nəfərə işsizlik statusu verilib, 100 nəfərə isə işsizlik müavinəti təyin olunub.
2013-cü ilin birinci yarımilliyi ərzində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib.
Binəqədi rayonu ərazisində 6 ay ərzində ümumilikdə 3972 m2 hörgü, 7804 m2 suvaq, 8285 m2 dekorativ suvaq, 39752 m2 boyaq işləri aparılıb, küçələrdə və binaların həyətlərində 2611 m2 tamet daşı, 2824 p/m səki daşları döşənib, 7-ci mikrorayon ərazisində 8400 p/m novalça və su axıdılan boru əsaslı təmir edilib. Hazırda məhəllələrin abadlaşdırılma işləri davam etdirilir.
Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintiyə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilib. Ümumilikdə, rayonda 15 yeni xeyir-şər evi tikilib, 22 xeyir-şər evi müvafiq avadanlıqlarla tam təmin olunub. Hal-hazırda 5 xeyir-şər evi yenidən tikilmiş, 3-ü sökülərək yenidən tikilmiş, 1-də isə əsaslı təmir işləri aparılır. Rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisinin sanitar normalara uyğun qorunması və ərazilərin təmizliyinə daim nəzarət etmək məqsədilə ümumilikdə rayon üzrə 2207 ədəd o cümlədən, rayonun Binəqədi qəsəbəsində 211, Biləcəri qəsəbəsində 329, M.Ə.Rəsulzadə qəsəbəsində 285, Xocəsən qəsəbəsində 221, 28 May qəsəbəsində 46, 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairələrində 859, Xüsusi təyinatlı mənzil istismar sahələri üzrə 256 ədəd konteyner yerləşdirilib.Rayonda məişət tullantılarının daşınmasına ümumilikdə 36 ədəd texnika cəlb edilib.
Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 36728 m2 çəmən (qazon) salınıb, 48700 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 3838 ədəd müxtəlif növdə ağaclar əkilib.
Hazırda Sulutəpə yaşayış massivində sahəsi 2,6 ha olan yeni parkın salınması üçün hazırlıq işləri tamamlanıb, mövcud kommunikasiya xətlərinin ərazidən çıxarılması və tikinti quraşdırma işlərinə başlanılıb.
Rayon ərazisində 40080 m2-ə yaxın yumşaq dam örtüklərində əsaslı və cari təmir işləri aparılıb. Ümumi istifadə yerlərində 1004 m2 pəncərə cari qaydada təmir edilib, 98 pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılıb, 3 lift əsaslı təmir edilib, 38 lift yenisi ilə əvəz edilib və hazırda 12 lift üzrə işlər davam etdirilir.
Hal-hazırda mikrorayonların ərazisində 344 binanın zirzəmisində su və kanalizasiya xətti əsaslı təmir edilib və bu sahədə 21 binada işlər davam etdirilir. Paralel olaraq, binaların zirzəmilərində 1991 p/m su xətti, 393 p/m kanalizasiya xətti dəyişdirilib.
Həmçinin ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 7925 m olan 138756 m2 sahəyə asfalt örtüyü çəkilib.
Sonra məruzə ətrafında çıxış edən Rayon Statistika İdarəsinin rəisi Hamlet Məmmədov, Binəqədi rayon Sukanal idarəsinin rəisi Rauf Osmanov və “Azəryol Servis” ASC-nin 81 saylı yol istismarı MMC-nin direktoru Əliyev Ziyəddin rayon ərazisində uğurla həyata keçirilən sosial-iqtisadi inkişafdan danışaraq sakinlərin həyat rifahının yüksəlməsinin qeyd etdilər.
Sonda şura iclasının qərar layihəsi oxundu və qəbul edildi.
Hesabat iclasında Milli Məclisin üzvləri - Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.