Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Dərnəgül sakinləri ilə görüşdü

28 iyul 2013 | 10:00

2013-cü il  iyulun 26-da A.Gəraybəyli küçəsi  31a saylı binanın qarşısındakı xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Dərnəgül yaşayış massivinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 127 nəfər mikrorayon sakini iştirak edirdi.
    Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
     Mikrorayon sakinlərindən Rafiq Qasımov, Şakir Əhmədov,  İntiqam Mirzəyev,  Mükafat Əliyeva, Qasimə Qulibayeva və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər