Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında şura iclası keçirilib
İyulun ayının 31-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Prezident seçkiləri üzrə rayon qərərgahının və onun fəaliyyətinin təşkili mövzüsunda konfrans keçirildi.
Konfransda giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq rayonda seçkilərə hazırlıqla bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verdi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar-Siyasət Komitəsinin sədri Eldar İbrahimov partiyanın keçdiyi dövrə qısa ekskursiya edərək Yeni Azərbaycan Partiyasının xalqımızın taleyində müstəsna rol oynadığını və böyük bir inkişaf dövrü keçmiş Azərbaycanın 50 ildə keçdiyi yolu 20 ildə böyük uğurlarla qət etdiyini diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynadığı vurğulandı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yarandığı tarixə qısa nəzər salaraq bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı və onun rəhbərliyilə reallışdırılan regionların sosial-iqtisadi inkişafı, dövlət proqramları artıq bölgələrlə paytaxt arasındakı fərqi minimuma endirib. İmzalanmış iki böyük dövlət proqramının icrası nəticəsində bölgələrin siması tamamilə dəyişdiyi, iri istehsal müəssisələrinin açıldığı, minlərlə iş yerlərinin yaradıldığı, insanların güzəranının yüksəldiyi vurğulandı. Xaləddin İsgəndərov, eyni zamanda, rayon sakinlərinin rifahının yüksəldilməsi, həyat tərzinin yaxşılaşdırılması istiqamətində Binəqədidə aparılan qurculuq işlərindən danışaraq dövlət başçısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi nümunələrin hər birimizə örnək olmasını tövsiyə etdi.
Şura iclasının sonunda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qərərgahın və təbliğat qurupunun tərkibini elan etdi.