Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə son 6 ayda daxil olmuş müraciətlər

01 avqust 2013 | 10:00

2013-cü ilin ölkə başçısı tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsindən sonra respublikada yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirtmək üçün Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti -1646 yaradıldı.
Sakinlərin Müraciət Xidmətinin yaradılmasında məqsəd rayon sakinlərinin İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən şikayətlərini daha çevik və operativ şəkildə bir telefon zəngi vasitəsilə İcra Hakimiyyətinə çatdırmaq və məlumat almaq imkanının yaradılmasıdır.
Bu məqsədlə 1646 telefon nömrəsi yaradılıb və bu nömrə bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 telefon zəngini qəbul etmək imkanına malikdir. Daxil olan zənglərin qeydiyyatı aparılır və arxivləşdirilir. Zəng edən vətəndaşlara telefon danışıqlarının yazılması barədə məlumat verilir.
Qeydiyyata alınan müraciət operativ şəkildə şikayətin aid olduğu kateqoriya üzrə aidiyyəti quruma göndərilir və vətəndaşın şikayəti həll olunanadək proqram təminatı vasitəsi ilə nəzarətdə saxlanılır. Şikayətin icrası təmin olunduqda vətəndaşla əks əlaqə yaradılaraq onun razılığı olduğu təqdirdə proqram təminatında müvafiq qeydlər aparıldıqdan sonra şikayət vərəqəsi bağlanılır.
Vətəndaşların məlumatlandırılmasını təmin etmək üçün müraciət xidmətinin fəaliyyəti barədə geniş təqdimat 5 fevral 2013-cü il tarixində ictimaiyyətə təqdim edilib.
Rayon İcra Hakimiyyəti başçısının imzası ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, rayonun bütün inzibati nümayəndəliklərində vətəndaşlarla görüş keçirilib və bu barədə onlara ətraflı məlumat verilib.
Eyni zamanda  Rayon İcra Hakimiyyyəti başçısının tapşırığı ilə 50 min ədəd buklet, bildiriş və konvert sifariş edilərək hazırlanıb və vətəndaşların ünvanlarına göndərilməsi təmin edilib.
2013-cü ilin birinci yarısı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə daxil olmuş zənglərin sayı–5390, birbaşa cavablandırılmış zənglərin sayı – 4382,  yaradılmış əks əlaqələrin sayı – 2448, tərtib edilmiş sual vərəqələrinin sayı – 58, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 1490 olub. Bundan əlavə xidmət səviyyəsi – 95,8 %, icraçılıq səviyyəsi – 98,6 % təşkil edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində iki rüb ərzində müraciətlərinin 1490 -ı və ya 25,1 %-i üzrə şikayət vərəqəsi, 58-i və ya 0,9 %-i üzrə sual vərəqəsi tərtib edilib.
Şikayət xarakterli 1490 müraciətin 1469 və ya 98,6 %-nin icrası təmin edilib, o cümlədən 1103 və ya 75 %-i tam həll olunub, 23 və ya 1,5 % qismən həll edilib, 343 şikayət və ya 23,3 % müvafiq izahat verilərək həll edilib, 21 və ya 1,43 %-nin həlli icraatdadır.
Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 443-ü və ya 29,7 %-i su-kanalizasiya, 274 və ya 18,3%-i qaz təchizatı, 115 və ya 7,7 %-i elektrik enerjisi, 101 və ya 6,7 %-i lift problemləri, 88 və ya 5,9 %-i yolların yararsız olması, 75 və ya 5 %-i istilik təchizatı, 44 və ya 2,9 %-i zibil və tullantılar ilə əlaqədar, 350 və ya 23.4 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər