Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi

17 avqust 2013 | 10:00

2013-cü il  avqustun 16-da  Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 3,  5a saylı binanın həyətində yerləşən “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 283 nəfər qəsəbə  sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Qəsəbə sakinlərindən İmaş Eyvazov, Eyvaz  Feyzullayev, Həsən Qasımov, Aybəniz Aslanova, Süleyman Allahverdiyev, Həbib Abbasov, Gülarə Mahmudova və başqaları çıxış edərək, qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər