Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat

20 avqust 2013 | 10:00

Həftə ərzində (12-19 avqust) rayon ərazisində 61 ünvanda su borusunda təmir işləri aparılıb, 113 p/m su xətti su xətti dəyişdirilib, 82 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 12 p/m xətt, 6 ədəd lük  dəyişdirilib.
TM-597-TM-608 arası 6 kv-luq xətt bərpa olunub, KTM-40-da 1 ədəd SİP dayaq bərpa olunub, TM-17, TM-22-nin 0,4 kv-luq və KTM-133-ün 0,4 kv-luq şəbəkələrində yenidənqurma işlərinə başlanılıb. 9-cu mikrorayonda TM 767-də yenidənqurma işləri davam edir.
Naxçıvani küçəsi 34 a və 38 saylı binaların 0,4 kv-kuq kabel xətti təmir olunub. Rəsulzadə qəsəbəsində 6 və 8 saylı binalara yeni kabel xətti çəkilib. Cavadxan küçəsi 5-də seçki məntəqəsinə 65 metr kabel xətti çəkilib.
Ümumilikdə, Binəqədi QİS ərazisində 2601 p/m qaz xətti çəkilib, 36 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda 1 q,1 b, 5 və 16 a saylı binaların istilik xətlərində 10 ədəd siyirtmə və  d-25 mm 12 m boru dik dayaqlarda bərpa edilib. 8-ci mikrorayon 11, 70, 64 saylı yaşayış binalarının istilik xəttində 2 ədəd siyirtmə təmir edilib, dik dayaqlarda 9 m boru bərpa edilib.
M.Cəlal 79, 57, 56, 99 və 147 saylı binaların istilik xəttində 15 ədəd ventil, 4 ədəd  siyirtmə, H.Babaşov 6, 8 və 10 saylı binaların istilik xəttində 7 ədəd siyirtmə təmir edilib. 270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb.
32 p/m kanalizasiya  və 46 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Azadlıq 28 və 165 saylı binanın qarşısında 2 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir.
24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
9 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.
6 və 7-ci mikrorayonda 4600 kv.m yumşaq dam örtüyü əsaslı təmir edilib.
A.Kunanbayev küçəsi 6 saylı binada 900 p/m su navalça yenisi ilə əvəz edilib.

Keçidlər